• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Paşinyan Putinlə görüşdə 10 dəfə “şparqalka”ya baxdı - Video

DÜNYA

08 Aprel 2021 | 00:28

Paşinyan Putinlə görüşdə 10 dəfə “şparqalka”ya baxdı - Video

Videoda aydın görünür ki, Ermənistanın Baş naziri Nikol Paşinyan strateji müttəfiqlə münasibətlər çərçivəsində hərbi-texniki və ümumiyyətlə, ikitərəfli hərbi formatın dəqiq adlarını xatırlamır, bilmir və hətta təsəvvür etmir.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyası sədrinin müavini Armen Aşotyan özünün feysbuk səhifəsində baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə Moskvadakı görüşünü şərh edərək yazıb.

Onun sözlərinə görə, iclasın ilk kadrlarından bir daha aydın olur ki, “bütün erməni xalqının adına utanc gətirən bu cahil və səliqəsiz avara hələ də Ermənistanı və erməni xalqını təmsil edir”.

"Özünün 4 dəqiqə 37 saniyəlik giriş nitqində bu cılız 10 dəfə şparqalkasına baxmağı bacardı. Tam 10 dəfə", - Aşotyan şikayətlənib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdədir. O, Rusiya prezidenti Vladimir Putinlə görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026