• Bakı 15° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Holandın pokeri “şəhərlilər”ə qələbə qazandırdı

İDMAN

05 May 2024 | 00:16

Holandın pokeri “şəhərlilər”ə qələbə qazandırdı

İngiltərə Premyer Liqasının 36-cı turunda “Mançester Siti” “Vulverhempton”u qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, gözlənildiyi kimi oyuna fəal başlayan meydan sahibləri rəqibin müqavimətini 12-ci dəqiqədə qırıblar. Erlinq Holand dəqiq oynayıb - 1:0. Qonaqlar özlərinə gəlməmiş, daha bir zərbə alıblar. 35-ci dəqiqədə norveçli hücumçu E.Holand dublunu rəsmiləşdirib - 2:0.

Qonaqlar fərqi azaltmaq istəyərkən, daha bir zərbə alıblar. E.Holand ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqəsində het-trik edib - 3:0. Fasilədən sonra toparlanan “Vulverhempton” futbolçuları fərqi azaldıblar. Hvan Hi-Çan 53-cü dəqiqədə dəqiq oynayıb - 1:3. Amma qonaqların sevinci cəmi bir dəqiqə çəkib. E.Holand 4-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib - 4:1. Görüşdə son nöqtəni isə 85-ci dəqiqədə Xulian Alvarez qoyub - 5:1.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 82-yə yüksəldən “Mançester Siti” lider “Arsenal”dan yalnız bir xal geri qalır. “Vulverhempton” 46 xalla 11-cidir.


SON XƏBƏRLƏR

17 May 2024