• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşdı

İDMAN

03 Iyun 2024 | 22:37 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşdı

“Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb. 

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, Ağdam klubu daha əvvəl 35 yaşlı müdafiəçisi Riçard Almeyda ilə müqaviləni bir illik uzadıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026