• Bakı 28° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

“Sumqayıt”ın iki rəqibi müəyyənləşdi

İDMAN

03 Iyul 2024 | 14:14

“Sumqayıt”ın iki rəqibi müəyyənləşdi

“Sumqayıt” klubunun Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri müəyyənləşib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.


SON XƏBƏRLƏR

05 Iyul 2024