• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Honda “Neftçi” ilə müqavilə bağladı

İDMAN

15 Mart 2021 | 17:45

Honda “Neftçi” ilə müqavilə bağladı

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, məşhur futbolçu Keysuke Honda ilə mövsümün sonunadək müqavilə imzalanıb. 34 yaşlı yaponiyalı yarımmüdafiəçi Bakı komandasının heyətində 4 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Keysuke Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “VVV-Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), Kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).

O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026