Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Bakıvatxı.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Qəbələ" səfərində olub.
Qəbələ şəhər stadionundakı matç 2:2 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra ikinci pillədə qərarlaşan "Neftçi" 43-cü, 5-ci sıradakı "Qəbələ" isə 24-cü xalını qazanıb.
















