• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

"Neftçi" darmadağınla liderliyə yüksəldi

İDMAN

08 May 2021 | 22:20

"Neftçi" darmadağınla liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında "Səbail" çempionluğa iddialı "Neftçi"ni qəbul edib. "ASCO Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin qollarını 13-cü dəqiqədə Voyislav Stankoviç, 62-ci dəqiqədə Yusuf Laval, 72-ci dəqiqədə Keysuke Honda, 79-cu dəqiqədə isə penaltidən Namiq Ələsgərov vurub.

Qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Neftçi" ən azı bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən "Qarabağ"dan iki xal çox toplayıb. "Səbail" isə 24 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0 hesabı ilə yenib. Tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026