• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

İDMAN

06 Iyun 2021 | 21:16

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, nüfuzlu yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz iranlı Məhəmməd Raşnonzadə, Moldova təmsilçisi Nikolae Foca, Yaponiya idmançısı Ryuju Nagayamadan üstün olaraq 1/4 finala yüksəlib. Fransız Valid Xyara məğlub olan Kəramət təsəlliverici görüşdə Monqolustan təmsilçisi Unubold Lxagvajamtsa qalib gələrək bürünc medal uğrunda mübarizə aparıb.

Qazaxıstan cüdoçusu Şamşadin Mağjxanı məğlub edən Kəramət Hüseynov dünya çempionatını üçüncü pillədə başa vurub və komandamıza ilk medalı qazandırıb. Bu gün tatamiyə çıxan diğər 3 cüdoçumuz - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk mərhələdə uduzublar. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026