• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yunan-Roma güləşçilərimiz 2-ci lisenziyanı qazandı

İDMAN

08 May 2021 | 21:24

Yunan-Roma güləşçilərimiz 2-ci lisenziyanı qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi Viktor Nemes (Serbiya) olub.

4:1 hesablı qələbə qazanan Hüseynov finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində olimpiadaya qatılmaq hüququ əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR