• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Hövsanda suyun verilməsi bu tarixdə bərpa olunacaq

CƏMİYYƏT

16 Noyabr 2024 | 09:40

Hövsanda suyun verilməsi bu tarixdə bərpa olunacaq

Hövsan qəsabəsində suyun verilməsi noyabrın 17-i bərpa olunacaq.

Bu barədə Bakıvaxtı.az-a ADSEA-dan məlumat verilib.

"Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilməsində 15 noyabr tarixində yaranan fasilələrin 16 noyabr tarixi, səhər saatlarında aradan qaldırılacağını bildirilmişdik.

Həmin xəttin üzərindəki torpaq təbəqəsi açıldıqdan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bununla bağlı təcili təmirə ehtiyac yarandığı üçün ümumi işlərin noyabrın 17-si tam yekunlaşdırılacağı və əraziyə suyun verilməsinin gün ərzində mərhələlərlə bərpa ediləcəyi planlaşdırılır",- deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

23 Aprel 2025