• Bakı 14° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

I rübdə banklar 191 mln. manat depozit faizləri ödəyiblər

İQTİSADİYYAT

26 Aprel 2024 | 14:37

I rübdə banklar 191 mln. manat depozit faizləri ödəyiblər

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 191.4 milyon manat faiz ödəyiblər.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 48.6 milyon manat və ya 34% artıb. 2023-cü ilin ilk üç ayında banklar 142.8 milyon manatlıq depozit faizləri ödəmişdilər.

    Qeyd edək ki, bu dövrdə müddətli depozitlər üzrə 164.7 milyon manat, tələbli depozitlər üzrə isə 26.7 milyon manat faiz ödənilib.

    Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 23 bank ümumilikdə 1 milyard 354.5 milyon manat gəlir əldə ediblər.


    SON XƏBƏRLƏR