• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda sotu bir milyon manata torpaq sahələri satılır - VİDEO

İQTİSADİYYAT

25 May 2024 | 09:52

Bakıda sotu bir milyon manata torpaq sahələri satılır - VİDEO

Bakıda bir sotu 400-500 min, hətta bir milyon manata satılan torpaq sahələri var.

Bakıvaxtı.az xəbər verir ki, belə torpaq sahələri elan saytlarında satışa çıxarılıb.

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən torpaq sahələrinin baha olmasının əsas səbəblərindən biri sənədlərinin qaydasında olması və mərkəzə yaxın yerləşməsidir.

Ekspert bildirib ki, fantastik qiymətə təklif olunan bu torpaq sahələrinə maraq çox yüksəkdir.

Qeyd edək ki, Bakıda ən bahalı torpaq sahələri Səbail və Nərimanov rayonlarındadır.

Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026