Türkiyənin 72 yaşlı məşhur müğənnisi İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdiyi üçün yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müğənni İnstaqram hesabında paylaşım edib.
"Allah hamıya tez şəfa versin, yenidən yeriyəcəyimə inanıram. Dualarınızı əsirgəməyin", - Tatlısəs qeyd edib.
Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalmış və başından ağır yalaranmışdı.