Müğənni Robbi Uilyams plagiatlığa görə "Oskar"ın qısa siyahısından çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Uilyamsın "Daha yaxşı olmaq: Robbi Uilyams hekayəsi" (2024) filmində istifadə edilən "Qadağan olunmuş yol" mahnısı olub.
Bəlli olub ki, trek orijinal və xüsusi olaraq film üçün yazılmayıb. Buna görə də mükafat üçün uyğun deyil.
Belə ki, “Qadağan olunmuş yol”un melodiyası 1973-cü ildə çəkilmiş “Son Amerika qəhrəmanı” filmində Cim Krosun ifa etdiyi “I got a name” mahnısının melodiyasına bənzəyir.
Maraqlı məqamlardan biri isə "Qadağan olunmuş yol" mahnısının hazırda "Ən yaxşı orijinal mahnı" kimi "Qızıl Qlobus" mükafatına namizəd olmasıdır.