• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

İranlı reperə ölüm hökmü çıxarıldı

ŞOU

21 Yanvar 2025 | 00:44 | Müəllif: Subhan Mahmudov

İranlı reperə ölüm hökmü çıxarıldı

İran məhkəməsi “Tataloo” səhnə adı ilə tanınan məşhur reper Əmir Hüseyn Məqsudlu haqqında ölüm hökmü çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, musiqiçi dini həqarətdə, o cümlədən də Məhəmməd peyğəmbərin statusunu təhqir və inkar etməkdə təqsirli bilinib.

Bildirilir ki, hökm qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.

37 yaşlı reper 2023-cü ilin dekabrından İranda həbsdədir. O, həmçinin fahişəliyi təbliğ etdiyi üçün 10 il müddətində azadlıqdan məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026