• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İçərişəhərdə aparılan tikintiyə aydınlıq gətirilib - FOTO 

CƏMİYYƏT

23 Iyun 2022 | 09:17

İçərişəhərdə aparılan tikintiyə aydınlıq gətirilib - FOTO 

Şirvanşahlar Sarayı Kompleksinin Murad darvazasındakı baxış meydançasından açılan dəniz mənzərəsi ətrafdakı binanın damına edilən əlavələrlə bağlanılır.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə vətəndaş Rəsul Rzalı məlumat verib.

O qeyd edib ki, bunlar yüngül qurğular olsalar da, mənzərə meydançasının dəyərini tam məhv edirlər: "Şirvanşahlar Sarayı İşərişəhərin ən yüksək nöqtəsində yerləşir və Murad darvazası yanındakı baxış meydançası oranın vacib ictimai məkanı, təbii-tarixi landşaftının mühüm hissəsidir.
Qonşu binanın damındakı kafenin ziyarətçilərinə görə digər bakılıları və qonaqları bu mənzərədən mərhum etmək olmaz. Damdakı əlavə qurğular təcili sökülməlidir. İçərişəhər mənzərələrinin xeyli hissəsi təəssüf ki, artıq itirilib. Daha birinin məhv edilməsinə imkan verməyək".

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarədən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli qərarına və ona edilmiş əlavələrə əsasən sözügedən bina tarixi abidə statusu daşımayan xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasıdır.
Vurğulanıb ki, ikimərtəbəli qeyri-yaşayış binası 2000-ci illərin əvvəllərində tikilib və Qoruq İdarəsi yaradıldıqdan sonra binaya heç bir konstruktiv əlavə və dəyişiklik edilməyib: "16.07.2021-ci il tarixində İdarəyə mülkiyyətçinin binanın damında təmir işlərinin aparılması üçün müraciəti daxil olub. Rəsmi müraciətə əsasən, binanın dama çıxan pilləkən qəfəsinə yüngül metal-şüşə materialdan, məhəccərlərinə isə təhlükəsizlik baxımından ümumi mənzərəni pozmamaq şərti ilə şəffaf şüşə materialdan konstruksiyaların quraşdırılmasına razılıq verilib. İşlər razılaşdırılmış layihə sənədləri əsasında İdarənin mütəxəssislərinin nəzarəti altında aparılır. Binanın terrasında hər hansı bir ictimai-iaşə obyektinin fəaliyyət göstərməyinə dair Qoruq İdarəsinə icazə üçün müraciət daxil olmayib".

Ramid İbrahimov


SON XƏBƏRLƏR

24 Aprel 2024