• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Bu qidalar xərçəng riski yaradır 

CƏMİYYƏT

23 Iyul 2022 | 07:01 | Müəllif: Qalib İbrahimoğlu

Bu qidalar xərçəng riski yaradır

Endokrinoloq və dietoloq Tatyana Filippova bildirib ki, rəfinə edilmiş ətdən hazırlanan məhsullar xərçəngə səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həkim "Beşinci Kanal"a müsahibəsində danışıb. Onun sözlərinə görə, xəstəliyin səbəblərindən biri orqanizmdə təmizlənmiş karbohidratların çox olmasıdır. O, emal edilmiş ətdən hazırlanan məhsulları rasiondan çıxarmağı tövsiyə edib.

“Kolbasa, sosiska, servlat, konserv kimi məhsulların saxlanma müddətini artırmaq üçün kimyəvi qatqılar əlavə olunur. Yağlı və sadə karbohidratlarla zəngin qidalar artıq çəkiyə səbəb ola bilər ki, bu da öz növbəsində xərçəng riskini artırır.

Təbii qidalar, o cümlədən toyuq, mal əti və ya balıq yeməyi tövsiyə edirik. Ətin zərərsizliyinə əmin olmaq üçün onun mənşəyini bilmək vacibdir” , - ekspert bildirib. /publika.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026