• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki ay qazlı su içən siçanlarda beyin zədələnib - Eksperiment

CƏMİYYƏT

22 Avqust 2022 | 06:00 | Müəllif: Qalib İbrahimoğlu

İki ay qazlı su içən siçanlarda beyin zədələnib - Eksperiment

Braziliyalı elm adamları iki ay siçovullara qazlı su verərək müəyyən ediblər ki, içkinin müntəzəm istehlakı beyin sağlamlığı və davranış problemləri ilə birbaşa əlaqəli ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, alimlər siçovulları üç yaş qrupuna, hər birini isə iki komandaya ayırıblar. Birində gəmiricilər gündəlik olaraq adi, ikincisində isə qazlı su içiblər.

57 gündən sonra alimlər heyvanları labirintə yerləşdiriblər. 1 nömrəli komandaların siçovulları heç bir problem olmadan oradan çıxıb. 2-ci komanda çətinliklərlə üzləşib. Gəmiricilər işin öhdəsindən gələ bilməyiblər, çünki onların yaddaşı zəifləyib.

Bundan sonra heyvanlar evtanizasiya edilərək yarılıb. Qazlı su içən siçovulların əksəriyyətində, xüsusən də gənc heyvanlarda müxtəlif dərəcədə beyin zədələri aşkar olunub./medicina.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026