q
  • Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Balqabaq qanda şəkərin səviyyəsini aşağı salır

CƏMİYYƏT

21 Sentyabr 2022 | 02:13

Balqabaq qanda şəkərin səviyyəsini aşağı salır

"Min dərd varsa, min bir də dərmanı var" deyirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, yeyib-içdiklərimizin bizim sağlamlığımıza nə kimi müsbət təsir göstərdiyinin o qədər də fərqində olmuruq. Elə balqabağın şəkərli diabetin müalicəsində önəmli rol oynadığını da, bəlkə, çoxumuz bilmirik.

Halbuki, bəzi ölkələrdə, nəsələn, İran və Meksikada  diabetin müalicəsi üçün balqabaqdan istifadə edilir.

Tibb saytlarında yer alan məlumatlara görə, balqabaqda qanda şəkəri yaxşı tənzimləyən antioksidantlar və lif var. Balqabaq tozları və cövhərlərindən dərman qismində istifadə edilməsi heyvanlarda və insanlarda qanda şəkərin səviyyəsini aşağı salır. Dietoloqlar da bildirirlər ki, balqabağın toxumlarında çoxlu miqdarda qanda şəkərin səviyyəsinə nəzarət etmələri ilə tanınan iki tərkib hissə, zülal və faydalı yağlar var.

Lif qanda şəkərin səviyyəsinin idarə olunmasında faydalı rol oynayır, bildirilir ki, liflə zəngin qida məhsullarının istehlakı qanda şəkərin səviyyəsinə nəzarəti gücləndirir.

Yarım fincan (120 qram) balqabaq gündəlik lif normasının 12 faizini ehtiva edir.

Yeri gəlmişkən, şəkərli diabetin ümumi əlamətlərinə daxildir: güclü susuzluq hissi, adi vaxtdan daha tez-tez, xüsusilə də gecə vaxtı sidiyəgetmə, yorğunluq hissi, çəkinin və əzələ kütləsinin itirilməsi, çox ləng sağalan kəsiklər və ya yaralar, bulanıq görmə.

Aytac Aslan

 


SON XƏBƏRLƏR

24 Aprel 2026