Məşhur "Yeraltı" serialında canlandırdığı Ceylan obrazı ilə tanınan aktrisa Devrim Özkan səmimi etirafı ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi son açıqlamasında görünüşü ilə bağlı səslənən iddialara aydınlıq gətirib. O bildirib ki, bədənində və üzündə heç bir estetik əməliyyat yoxdur:
"Heç bir yerimdə estetik əməliyyat yoxdur. Üzümdə və vücudumda heç nə yoxdur. 3 il əvvəl sadəcə üst dodaq dolğusu etdirmişəm. Məsələn, burnum qırıqdı, ona da əl dəyməmişəm. Təkcə dişlərimi düzəltdirmişəm", - deyə aktrisa vurğulayıb.
Devrim Özkanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun təbii görünüşünü dəstəkləyərək səmimiliyini təqdir edib, digərləri isə mövzu ətrafında müxtəlif fikirlər səsləndiriblər./Milli.az
Bakı 




