• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Metroda yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

CƏMİYYƏT

20 Sentyabr 2022 | 22:35 | Müəllif: Subhan Mahmudov

Metroda yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Bakı metrosunda qatarların hərəkəti intervalların nizamlanmış qaydası ilə təmin edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, xətlər üzrə hər hansısa problem qalmayıb. Baş vermiş hadisə, səbəblər və bundan irəli gələn digər məsələlərin hər biri geniş, detallı və dərindən araşdırılacaq.

 

***20:45

Bakı metrosunda qatarda problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, nasazlıq metronun "Neftçilər stansiyasında qeydə alınıb.

Stansiyadakı qatardakı nasazlıq səbəbindən sərnişinlər qatarda gözləməyə məcbur qalıb.

Nasazlıq yaranan qatar "Həzi Aslanov" -" Dərnəgül" xətti üzrə hərəkətdə olub. Hadisə nəticəsində stansiyada qatarlar arasında 12 dəqiqə interval yaranıb.

Problem həll edilib və qatarların hərəkəti bərpa olunub.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026