Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pənahlının yaxınları məlumat verilib.
Xatırladaq ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.
Qeyd edək ki, o, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin şagirdidir.
***22:09
Sumqayıt 1 saylı orta məktəbin şagirdi Nihad Pənahlı itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.
Məktəblini görənlərdən polisə məlumat vermələri xahiş olunur.(apa)
















