• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ermənilər Sus kəndini BOŞALTDI

CƏMİYYƏT

21 Avqust 2022 | 20:44 | Müəllif: Subhan Mahmudov

Ermənilər Sus kəndini BOŞALTDI

İşğal zamanı Laçının Sus kəndində məskunlaşan ermənilər kəndi tərk ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kənd icmasının rəhbəri Mxitar Nersisyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, kənddə cəmi 12 ailə yaşayırdı, onlar hamısı artıq Ermənistana gedib:

“Yalnız bircə nəfər qalıb, o da yaxın günlərdə kənddən çıxacaq. 11 ailə Ermənistanda yaşamaq istəyir, yalnız bir ailə Xankəndiyə köçmək istəyini bildirib. Hazırda kənddə elektrik enerjisi, rabitə əlaqə yoxdur, hamısını kəsiblər”.

İcma rəhbəri deyib ki, köçənlər özləri ilə ölülərinin sümüklərini də aparıblar:

“Sakinlər əvvəlcə evlərini yandırmaq istəyirdilər, sonra fikirlərindən daşındılar. Yalnız kəndə bitişik olan sahələri yandırdılar”.

Qeyd edək ki, Laçın şəhəri və Laçın yolunun üzərində olan Sus və Zabux kəndləri 25 avqusta qədər Azərbaycan Ordusuna təhvil verilməlidir.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026