• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı - YENİLƏNİB

HADİSƏ

17 Mart 2023 | 11:16

Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı - YENİLƏNİB

Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən saat 15 radələrində şəhərin İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin qarşısında baş verib. İnzibati binanın qarşısında RİH-in Memarlıq və Tikinti şöbəsinin aparıcı-məsləhətçisi vəzifəsində çalışan 1989-cu il təvəllüdlü Cavidan Mirzəyev döş qəfəsi nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan məmur xəstəxanaya aparılıb.

İlkin araşdırmalar zamanı hadisənin Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rafiz Nəcəfov tərəfindən törədilməsi müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

R.Nəcəfovun məmuru hansı səbəbdən bıçaqlaması hələlik məlum deyil. /Qafqazinfo

 

10:58

Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında bıçaqlanma hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, Rafiz Nəcəfov münaqişə zəminində Cavidan Mirzəyevi bıçaqlayıb.

Daha sonra Rafiz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026