• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Qəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİB

HADİSƏ

15 Aprel 2023 | 16:26

Qəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİB

Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.

 

13:17

Qəbələdə ağır tonnajlı benzin maşını körpüdən aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində Naxçıvan Muxtar respublikası Şahbuz rayon sakini 1960-ci il təvəllüdlü sürücü hadisə yerində dünyasını dəyişib. Hazırda Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional idarəsinin əməkdaşı və polis əməkdaşları hadisə yerindədir. Hadisənin sürücünün qəfil ürək tutmasından dünyasını dəyişməsi olduğu ehtimal olunur. Hadisə nəticəsində iki sərnişin avtomobilinə ciddi ziyan dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /APA

 

12:59

Qəbələdə ağır tonnajlı benzin maşını körpüdən aşıb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin ehtimala görə, sürücü hadisə yerində dünyasını dəyişib. /APA


Qəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİBQəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİBQəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİBQəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİBQəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİBQəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİBQəbələdə benzin maşını körpüdən aşdı, sürücü öldü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026