• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şamaxıda avtomobil iki piyadanı vurdu

HADİSƏ

14 May 2023 | 23:13 | Müəllif: Qalib İbrahimoğlu

Şamaxıda avtomobil iki piyadanı vurdu

Şamaxıda piyadaları maşın vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb.

Belə ki, Şamaxı sakini Tural Orucov idarə etdiyi "90 EO 117" dövlət nömrə nişanlı "Priora" markalı avtomobillə piyadaları vurub.

Hadisə nəticəsində xəsarət alan Şamaxı sakinləri - 2010-cu il təvəllüdlü Zülfüqarov İsmayıl Arif oğlu və 2001-ci il təvəllüdlü Əhmədov Xəyal Rafiq oğlu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata əsasən, xəsarət alan şəxslər Bakı Travmatologiya şöbəsinə göndərilib./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026