• Bakı 20° C

    2.89 m/s

İdarəetmədə İSLAHATLAR: Yeni sistem NƏ VƏD EDİR?

SİYASƏT

30 Mart 2023 | 10:20 | Müəllif: Qalib İbrahimoğlu

İdarəetmədə İSLAHATLAR: Yeni sistem NƏ VƏD EDİR?

“Hələ 2019-cu ildə prezident İlham Əliyev hakimiyyətin bütün qollarında köklü dəyişikliklər qərarı verib. O zaman ilk dövrlərdə bunu yalnız müəyyən sistemdaxili islahatlar kimi xarakterizə etmək olardı. Lakin zaman keçdikcə islahatlar həm struktur, həm də kadr məsələlərini əhatə etdiyindən, artıq biz onu yeni hakimiyyət quruculuğu kimi xarakterizə etdik”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən “Azad edilmiş ərazilərdəki yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir” sözlərini şərh edərkən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərinin özünün dəfələrlə qeyd etdiyi kimi iqtisadi, sosial, siyasi mühitdə, o cümlədən idarəetmə sistemində köklü dəyişikliklər, yeni sistem xarakterli yeniliklər hədəf kimi qarşıya qoyulub: “XXI əsrin tələbləri və çağırışları ayrıdır. Prezidentin sahibkarlıq sinfinin həyatına, fəaliyyətinə, işlərinə müdaxilələr yolverilməzdir kimi bəyanatlardan, açıqlamaları xatırlayaq.

Ölkə rəhbərinin Prezident Administrasiyasından - dövləti, cəmiyyəti, milləti yönləndirdiyi bir nömrəli ünvandan hər bir təyinatları şəffaf qaydada xalqın gözü qarşısında baş verdi. Bu, heç şübhəsiz ki, idarəetmə sistemində ona qədərki illərdə olan xətlə müqayisədə daha yeni yanaşmadı.

Düşünürəm ki, bu məsuliyyətlilik, hesabatlılıq, çeviklik, təşəbbüskarlıq və s. kimi faktorlarla müşaiyət olunur”.

Deputat hesab edir ki, burada ən mühüm məsələ Vətən müharibəsində qələbə və əldə olunmuş zəfərin bütövlükdə ölkəmizin gələcək inkişafı üçün bir milli resursa çevrilərək ondan yararlanmaq oldu.

“Bu sırada heç şübhəsiz ki, xüsusi nümayəndə institutunun yaradılması, onun əsasnaməsinin hazırlanaraq imzalanması bütövlükdə Qarabağ üzrə onun təsis edilməsi və bunun İcra Hakimiyyətlərinə paralel deyil, bir sıra hallarda onların fəaliyyətini əvəz edən bir səviyyədə reallaşdırılmasını ayrıca vurğulamalıyıq. Doğrudur, bunu konstitusion islahatlar kimi də xarakterizə etmək olar. Burada referendum keçirilməsi öz-özlüyündə bütün bu məsələləri daha da hüquqi cəhətdən təsbit etmiş olardı. Lakin bu da müstəsna olaraq ölkə rəhbərinin səlahiyyətləri çərçivəsindədir”, - deyə Zahid Oruc vurğulayıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026