• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

SİYASƏT

28 Aprel 2023 | 18:11 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulandı.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026