• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ölkə başçısı: “Laçın şəhərinin bugünkü siması göstərir ki, biz qurub-yaradan xalqıq”

SİYASƏT

28 May 2023 | 13:20

Ölkə başçısı: “Laçın şəhərinin bugünkü siması göstərir ki, biz qurub-yaradan xalqıq”

“Laçın şəhərinin bugünkü siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.

Laçın rayonunda, eyni zamanda, Kəlbəcər rayonunda ermənilərin qanunsuz məskunlaşma apardıqlarını söyləyən dövlətimizin başçısı qeyd edib ki, bu, beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır.

“Ancaq onların hansı vəziyyətdə yaşamalarını mən buraya sentyabr ayında gələndə gördüm. Onların özləri üçün qurduqları şəraiti mən heç nə ilə müqayisə edə bilmirəm. Çünki insan o şəraitdə necə yaşayıb, onu yəqin ki, ancaq özləri bilə bilər”, - deyə Prezident İlham Əliyev bildirib.


SON XƏBƏRLƏR

19 Aprel 2024