• Bakı 19° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Qazaxda skuterdən yıxılan gənc öldü

HADİSƏ

11 May 2025 | 17:07

Qazaxda skuterdən yıxılan gənc öldü

Qazaxda yeniyetmənin faciəvi şəkildə ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, mayın 9-u saat 22:20 radələrində 2009-cu il təvəllüdlü yeniyetmə (kişi cinsli) skuter sürərkən ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə o, təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm faktı saat 23:40-da qeydə alınıb.

Hadisənin hansı şəraitdə baş verdiyi, skuter qəzasının səbəbləri və digər detallar araşdırılır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025