• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sərhədə qoyulan məntəqə ermənilər üçün dərs olmalıdır" - İlham Əliyev

SİYASƏT

28 May 2023 | 13:30 | Müəllif: Subhan Mahmudov

"Sərhədə qoyulan məntəqə ermənilər üçün dərs olmalıdır" - İlham Əliyev

“Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

“Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək, onları xilas edəcək, kimsə gələcək, Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq?”, - deyə dövlətimizin başçısı qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026