• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İki nəfər koronavirus təhlükəsinə görə imtahana BURAXILMADI

CƏMİYYƏT

30 Aprel 2021 | 16:39

İki nəfər koronavirus təhlükəsinə görə imtahana BURAXILMADI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarına iki nəfər buraxılmayıb.

DİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026