• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Ordusunda anonim Sorğu

CƏMİYYƏT

30 May 2021 | 15:55

Azərbaycan Ordusunda anonim Sorğu

2021-ci il üçün hazırlıq planına əsasən şəxsi heyəti maraqlandıran məsələlərin öyrənilməsi məqsədilə Azərbaycan Ordusunda anonim sorğular keçirilir.

Müdafiə Nazirliyindən Bakivaxti..az-a verilən məlumata görə, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi zabitlərinin iştirakı ilə keçirilən sorğular zamanı hərbi qulluqçularla müxtəlif mövzularda söhbətlər aparılır, onların xidmətlə bağlı sualları cavablandırılır və müraciətləri qeydə alınaraq tədbirlər görülməsi üçün müvafiq addımlar atılır.

Görülən işlərin təsir və effektivliyinin artırılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən sorğular bütün qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə planlı şəkildə il ərzində həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026