• Bakı 19° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

İki şirkət birgə kameralı smartfon buraxacaq

MULTİMEDİA

25 May 2022 | 03:22 | Müəllif: Qalib İbrahimoğlu

İki şirkət birgə kameralı smartfon buraxacaq

Çinin “Xiaomi” şirkəti Almaniyanın “Leica” şirkəti ilə əməkdaşlığa və yeni smartfon üzərində birgə işə başladığını elan edib.

Bakıvaxtı.az xarici saytlara istinadla xəbər verir ki, cihazın təqdimatı bu il baş tutacaq.

"İki şirkət tərəfindən birgə hazırlanmış fotoqrafiya həvəskarları üçün ilk flaqman smartfon bu ilin iyul ayında rəsmi olaraq təqdim olunacaq”, - deyə “Xiaomi” şirkətinin rəsmisi bildirib.

“Leica” smartfonu kamera optikası və cihazda təsvirləri emal edəcək proqram təminatı üzərində işləyəcək.

Xatırladaq ki, “Xiaomi” şirkətindən əvvəl “Leica” “Panasonic” və “Sharp” kimi smartfon istehsalçıları ilə əməkdaşlıq edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026