• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

"Twitter"in "Qeydlər"i: 2500 sözdən ibarət mətnlər...

Multİmedia

24 Iyun 2022 | 03:00

Twitterin Qeydləri: 2500 sözdən ibarət mətnlər...

"Twitter" sosial media platforması "Qeydlər" adlı yeni funksiyanı sınaqdan keçirdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu funksiya ilə istifadəçilər 2500 sözdən ibarət mətnləri paylaşa biləcəklər.

Postlar hazırda platformada 280 simvolla məhdudlaşır. "Twitter" istifadəçilərinin daha uzun anonslarda şəkillərdən istifadə etdiyini və başqa saytlarda xəbər bülletenlərinə üstünlük verdiyini gördükləri üçün belə bir addım atdığını açıqlayıb.

Sınaqlar iki ay ərzində Kanada, Qana, Böyük Britaniya və ABŞ-da keçiriləcək. Yeni funksiya istifadəçiləri "Twitter" ekosistemində saxlamaq məqsədi daşıyır. Bu xüsusiyyətdən istifadə edərək verilən elanda şirkət, ""Twitter"in ilk günlərindən yazıçılar işlərini paylaşmaq, diqqət çəkmək, oxunmaq, söhbətlər yaratmaq üçün - əslində, yazılarından başqa hər şey üçün "Twitter"ə güvənirlər. İndi "Qeydlər"lə məqsəd həmin çatışmayan parçanı doldurmaqdır", -deyib.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024