• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mac kompüterləri üçün Whatsapp-ın yeni versiyası hazırlanır

MULTİMEDİA

15 Iyul 2022 | 07:59 | Müəllif: Qalib İbrahimoğlu

Mac kompüterləri üçün Whatsapp-ın yeni versiyası hazırlanır

Meta şirkəti Mac kompüterləri üçün Whatsapp messencerinin yeni versiyası üzərində çalışır.

Bakıvaxtı.az-ın məlumatına görə, messencerin hazırlanan yeni versiyası macOS tərzində dizayna sahib olacaq və Apple şirkətinin M1, M1 Pro, M1 Max, M1 Ultra və M2 prosessorlarının dəstəklərini əldə edəcək. Adları sadalanmış prosessorların dəstəklərinin əldə edilməsi hesabına messencer daha sürətli şəkildə çalışacaq və daha az enerji sərfiyyatı reallaşdıracaq. Qeyd etmək lazımdır ki, hal hazırda Mac kompüterləri üçün aktual olan Whatsapp tətbiqi Intel prosessorları üzrə optimizasiya edilib M seriyasına daxil olan prosessorlara sahib Mac kompüterlərində yalnız Rosetta 2 tətbiqi vasitəsilə çalışır. Məlumata əsasən Meta şirkəti Mac üçün yeni Whatsapp versiyasını artıq test etməyə başlayıb və o, yaxın zamanda istifadəyə verilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026