• Bakı 20° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Whatsapp-da YENİ FUNKSİYA: Mesajların silinmələri üçün...

Multİmedia

10 Avqust 2022 | 03:11

Whatsapp-da YENİ FUNKSİYA: Mesajların silinmələri üçün...

Bəzi hallarda istifadəçilər bu və ya digər messencerdə mesajı göndərəndən sonra onu silmək qərarına gəlirlər. 

Bakıvaxtı.az-ın məlumatına görə, Whatsapp-da artıq uzun zamandır ki, bu cür mesajları silmək imkanı mövcuddur. Lakin bu günə kimi bu zaman limiti yalnız 1 saat təşkil edirdi. Belə ki, istifadəçi göndərdiyi mesajı 1 saat ərzində silə bilərdi. İndi isə Whatsapp bu zaman limitinin artdığını elan edib. Beləliklə verilmiş rəsmi məlumata əsasən bundan sonra istifadəçilər göndərilmiş mesajın silinməsi üçün 2 gün vaxta sahib olacaqlar.

Bunun üçün sadəcə olaraq silinməsi planlaşdırılan mesajı seçib hamı üçün silmək seçimini klikləmək lazımdır. Maraqlısı ondadır ki, mesajın silinməsi yolunda 2 gün vaxt limitinin əldə edilməsi üçün həm mesajı göndərən, həm də mesajı qəbul edən şəxs Whatsapp-ın ən son versiyasına sahib olmaldır. Bununla belə mesajı qəbul etmiş şəxs mesajın silindiyi barəsində bildirişi belə əldə etməyəcək. 


SON XƏBƏRLƏR