• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Telegram-da yeni funksiyalar olacaq

MULTİMEDİA

03 Sentyabr 2022 | 00:09 | Müəllif: Subhan Mahmudov

Telegram-da yeni funksiyalar olacaq

Telegram-ın iOS və Android üçün beta versiyasında bir sıra yeni funksiyalar, o cümlədən profil statusu kimi fərdi emoji təyin etmək imkanı aşkar edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Durov kodeksi” internet nəşri məlumat yayıb .

Qeyd olunur ki, status kimi təyin olunan emoji istifadəçinin Telegram Premium abunəsi olduğunu göstərən ulduz işarəsinin yerini alacaq. Beləliklə, yenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək. Fərdi status həm profildə, həm də qrup çatlarında adın yanında göstəriləcək.

Bundan əlavə, istifadəçilər taymerlə müvəqqəti status təyin edə, həmçinin reaksiyalar kimi messencerdə əvvəllər peyda olan fərdi emojilərdən istifadə edə biləcəklər.

Həmçinin qeyd edilir ki, təsdiqlənmiş istifadəçilər, kanallar və botlar üçün qeyd qutusunun dizaynı Telegram-da yenilənib. Beta testindən yeniliklərin buraxılma vaxtı barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026