• Bakı 20° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İrandan "WhatsApp" və "Instagram"la bağlı SƏRT QƏRAR

MULTİMEDİA

29 Sentyabr 2022 | 00:23

İrandan WhatsApp və Instagramla bağlı SƏRT QƏRAR

İranın rabitə naziri "WhatsApp" və "İnstagram"a qoyulan qadağanın daimi olacağına işarə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Nazir deyib ki, sosial medianın Amerikan seqmenti iğtişaşlar platformasına çevrildiyi üçün onlara məhdudiyyətlər qoyulub:

"Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək.

İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar".

Xatırladaq ki, bütün dünyada olduğu kimi İranda da insanlar internet üzərindən öz işlərini və bizneslərini idarə edirdilər.

Məhdudiyyətlərin tətbiqi ilə onlar öz bizneslərini itiriblər. (publika.az)


SON XƏBƏRLƏR

10 May 2025