• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dövlət Xidmətindən kompüter istifadəçilərinə XƏBƏRDARLIQ

MULTİMEDİA

28 Oktyabr 2022 | 22:19 | Müəllif: Subhan Mahmudov

Dövlət Xidmətindən kompüter istifadəçilərinə XƏBƏRDARLIQ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən kompüter istifadəçilərini təhdid edən yeni zərərvericinin yayılması kampaniyası aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a qurumdan məlumat verilib.

Məlumata görə, kompüter istifadəçiləri arasında geniş istifadə edilən və kompüteri uzaqdan idarəetməyə imkan verən AnyDesk proqram təminatının adından istifadə etməklə istifadəçiləri saxta sayta yönəldən reklam kampaniyası aşkar edilib. Quql axtarış sistemində adı çəkilən proqram təminatını axtararkən reklam olaraq birinci sırada ainydesk[.]me saytına keçidi yerləşdirilib. (Məqalənin yazılma anına həmin reklam Quql Axtarış sistemindən yığışdırılması təmin edilib).

aniydesk[.]me saytı istifadəçiləri aldatmaq məqsədi ilə AnyDesk proqram təminatının rəsmi veb səhifəsinə (anydesk.com) bənzər şəkildə hazırlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026