• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Hakerlər Whatsapp istifadəçilərinin 400 milyondan çox nömrəsini satışa çıxarıb

Multİmedia

25 Noyabr 2022 | 03:30

Hakerlər Whatsapp istifadəçilərinin 400 milyondan çox nömrəsini satışa çıxarıb

"Whatsapp"dakı hesablara bağlı olan aktual nömrələrin daxil olduqları məlumatlar bazası hackerlər tərəfindən satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, sızdırılmış məlumatların doğruluğunu yoxlamaq üçün təqdim edilmiş pulsuz nümunələr həqiqəti əks etdirirlər. Sözügedən məlumatlar bazası hələ 16 noyabr tarixində məşhur hacker forumlarından birində ortaya çıxıb. Hackerlər messencer istifadəçilərinin ümumilikdə 487 milyon nömrəsindən təşkil edilmiş məlumatlar bazasını satmağa çalışırlar.

Məlumdur ki, sözgüedən məlumatlar bazası daxilində 84 ölkədən olan istifadəçilərin nömrələri yerləşir. Həmin ölkələr arasında ABŞ, Böyük Britaniya, Misir, Səudiyyə Ərəbistanı, İtaliya, Fransa, Türkiyə və s. var. Meta şirkətinin sözlərinə əsasən Whatsapp-ın istifadəçi kütləsi 2 milyarda yaxındır. Bu məlumatı nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, satılması planlaşdırılan bu məlumatlar bazasında messencerin istifadəçi kütləsinin 1/4 hissəsinin nömrələri yer alıb. Cybernews tərəfindən aparılmış yoxlanış onu göstərib ki, qeyd edilmiş nömrələr həqiqətən də Whatsapp istifadəçilərinin hesablarına bağlıdır.

Sözügedən məlumatlar bazasını satışa çıxartmış şəxs onları necə əldə etdiyini qeyd etməyib. Meta şirkəti bu məsələyə hələ heç bir aydınlıq gətirməyib. Nəzəri cəhətdən bu cür məlumatlar müxtəlif avtomatlaşdırılmış üsullar vasitəsilə əldə edilə bilər (technote.az). Lakin bu öz növbəsində messencerdən istifadə şərtləri ilə ziddiyət təşkil edir. İstifadəçilərin telefon nömrələri müxtəlif məqsədlərdə istifadə edilə bilər. Onların arasında marketinq, fişinq (phishing) hücumu və digər dələduzluq növləri var.


SON XƏBƏRLƏR