• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Apple şirkəti 1 milyon avro dəyərində cərimələndi

Multİmedia

22 Dekabr 2022 | 02:30

Apple şirkəti 1 milyon avro dəyərində cərimələndi

Paris məhkəməsi Apple şirkətini 1 milyon avro dəyərində cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, səbəb isə şirkətin software bazarında rəqabət qanunlarını pozması ilə bağlıdır. Məlumata əsasən Apple şirkəti fransız tərtibatçıları özünün App Store platformasında məhdudlaşdırıb və onlara heç də sərf etməyən əməkdaşlıq şərtləri təklif edib. Paris məhkəməsinin bu qərarı daha çox nümayiş xarakteri daşıyır. Belə ki, təyin edilmiş cərimənin məbləği o qədər də böyük deyil. Bundan əlavə olaraq Parisin ədliyyə və nizamlayıcı orqanlarının qərarlarına baxmayaraq 2023-cü ilin birinci yarısında Digital Markets Act (DMA) qanunu qüvvəyə minəcək və bu qanun texnoloji şirkətlərdən öz siyasətlərində istənilən halda dəyişikliklərin edilməsini tələb edəcək.

Təyin edilmiş cərimə məbləğinin böyük olmamasına baxmayaraq sözügedən proses onu göstərir ki, Apple şirkəti özünün App Store platforması üzərində idarəetməni itirməyə başlayıb. Apple təmsilçiləri qeyd ediblər ki, şirkət məhkəmə qərarını nəzərdən keçirdəcək. Avropa Birliyi tərəfindən DMA qanun layihəsinin qəbul edilməsindən sonra Apple kimi böyük texnoloji şirkətlər antimonopoliya üzrə nizamlayıcı orqanların diqqətlərini daha çox çəkməyə başlayıblar (technote.az). DMA qanununun qüvvəyə minməsindən sonra texnoloji nəhənglər öz smartfonlarında kənar tətbiq mağazalarının çalışmasını təmin etməli olacaqlar. 


SON XƏBƏRLƏR