• Bakı 19° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

"Telegram"a daha bir neçə YENİ FUNKSİYA

Multİmedia

06 Yanvar 2023 | 04:14

Telegrama daha bir neçə YENİ FUNKSİYA

"Telegram" tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər.

Bakıvaxtı.az xəbər verir ki, "Telegram"ın yeni versiyası özündə bir sıra yeni funksiyalar ilə imkanları birləşdirir. Yenilənmiş "Telegram"ı artıq Android və iOS üçün yükləmək olar. Beləliklə messencerdə istifadəyə verilmiş yeniliklərdən biri də foto və videoları spoiler vasitəsilə gizlətməkdir. Bu cür fotonu və ya videonu əldə etmiş istifadəçi spoilerin altında nəyin olduğunu yalnız faylın üzərinə klikləyəndən sonra biləcək.

Bununla yanaşı istifadəçi bundan sonra müəyyən kateqoriyalı çatlardan (şəxsi çatlar, qruplar və ya kanallar) cihazın daxili yaddaşına yüklənmiş lazımsız faylların hansı müddətdən sonra avtomatik silinməsini təyin edə biləcək. Həmçinin istifadəçi müəyyən çatları istisna olaraq da qeyd edə bilər. Dairəvi formada olan statistika göstəricisi hansı faylların cihaz yaddaşında nə qədər yer tutduqlarını əks etdirəcək. Media, fayllar və musiqi qovluqları isə böyük həcmli faylların silinməsini sürətləndirəcəklər. Onu da qeyd etmək lazımdır ki, messencerin iOS versiyasında bundan sonra keş həcmi daha sürətlə təyin ediləcək.

Tərtibatçılar "Telegram"ın fotoredaktor bölməsinə yeni alətlər daxil ediblər. Belə ki, bundan sonra istifadəçi fərdi şəkildə cizgilər çəkən zaman xətlər avtomatik şəkildə hamarlanacaqlar. Xətlərin qalınlıqları isə istifadəçi barmağının hərəkət sürətindən asılı olaraq dinamik şəkildə dəyişəcək. Bundan əlavə olaraq bulanıq effektinin əlavə edilməsi üçün nəzərdə tutulmuş yeni fırça ikonu da işə salınıb. Foto və ya videoya mətnin əlavə edilməsi üçün nəzərdə tutulmuş yenilənmiş alət vasitəsilə sözlərin ölçülərini, şriftlərini və fonlarını ayarlamaq mümkündür.

Messencerdə istifadəyə verilmiş daha bir yenilik ondan ibarətdir ki, istifadəçi hər bir kontaktı üçün individual profil fotosu seçə bilər. Lakin seçilmiş foto yalnız istifadəçinin özündə görünəcək. Bundan əlavə olaraq istifadəçi öz kontaktlar siyahısındakı hər hansısa istifadəçiyə uğurlu profil fotosunun yerləşdirilməsini təklif edə bilər. İstifadəçi həmçinin öz profil fotosuna hansısa public fotonu yerləşdirə bilər. Bu cür profil fotosu istifadəçinin hesabındakı profil fotolara baxa bilməyən istifadəçilər tərəfindən görünəcək. “Who can see profile photo” bölməsində isə bundan sonra “Nobody” bəndini seçmək mümkün olacaq. 100-dən çox istifadəçi kütləsinə sahib qrupların adminləri bundan sonra qrup iştirakçılarından qrup iştirakçılarının siyahısını gizlədə biləcəklər (technote.az). Telegram Premium istifadəçiləri üçün isə 10 yeni animasiyalı emoji kataloqu əlavə edilib.


SON XƏBƏRLƏR

17 Aprel 2024