• Bakı 20° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Windows 7 və Windows 8,1 üçün SON RƏSMİ YENİLƏNMƏLƏR

MULTİMEDİA

14 Yanvar 2023 | 01:33

Windows 7 və Windows 8,1 üçün SON RƏSMİ YENİLƏNMƏLƏR

Microsoft Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün son rəsmi yenilənmələri təqdim edib. Bununla da şirkət sözügedən əməliyyat sistemlərinin dəstəklərini dayandırdığını elan edibr.

Bakıvaxtı.az xəbər verir ki, beləliklə bundan sonra Windows 7 və Windows 8.1 üçün şirkət tərəfindən rəsmi yenilənmələr təqdim edilməyəcək. İstifadəyə verilmiş son rəsmi yenilənmələr isə bu əməliyyat sistemlərində olan bəzi sistem səhvlərini aradan qaldırır. Windows 7 üçün olan KB5022338, Windows 8.1 üçün isə olan KB5022352 adlı yenilənmə məlumatlar bazasına qoşulmaq üçün SQL Server Microsoft Open Database Connectivity drayverindən istifadə edən tətbiqləri əhatə edən bilinən problemi aradan qaldırır.

Bununla yanaşı Windows 8.1-in koduna əməliyyat sisteminin dəstəyinin dayandırılması bildirişini əks etdirən pəncərə də əlavə edilib. Hər iki yenilənmə Windows-un yenilənmələr mərkəzinə daxil edilib və onlar avtomatik olaraq iş düşəcəklər. Bu yenilənmələrdən sonra hər iki əməliyyat sistemi artıq şirkət tərəfindən heç bir yenilənmə ilə təmin olunmayacaq (technote.az). Buna görə də Windows 7 və Windows 8.1-dən hələ də istifadə edən istifadəçilərin daha yeni Windows versiyalarına keçid etmələri məsləhət görülüb.


SON XƏBƏRLƏR

12 May 2025