ChatGPT tətbiqi son zamanlar texnologiya dünyasında iz qoyub.
Bakıvaxtı.az xəbər verir ki, OpenAI tərəfindən hazırlanmış bu söhbət botu mətnləri və söhbətləri o qədər real yazır ki, insan tərəfindən yazılmadığı başa düşülmür.
2022-ci ilin noyabrında istifadəyə verilən bu söhbət botunun imkanları bununla məhdudlaşmır. O, süni intellektlə dəstəklənən axtarış mühərriki kimi fəaliyyət göstərməkdən tutmuş istədiyiniz kodu yazmağa qədər bir çox funksiyaya malikdir. Ona görə də bu süni intellekt proqramından gözləntilər kifayət qədər yüksəkdir. Hətta bu süni intellektin zamanla Google-ı taxtdan salacağına inananlar da var.
ChatGPT-nin bir gün Google-u əvəz edib-etməyəcəyi sualı bir yana qalsın, proqram özünün qabaqcıl imkanları ilə artıq yüz minlərlə insanı özünə cəlb etməyi bacarıb. Bu maraq o qədər böyükdür ki, OpenAI-nin chat bot tətbiqi tarixdə ən böyük partlayışa səbəb olub.
Reuters tərəfindən paylaşılan məlumatlara görə, ChatGPT noyabr ayında buraxıldıqdan sonra 100 milyondan çox aktiv istifadəçiyə çatıb və bu, bu günə qədər ən sürətlə böyüyən tətbiq olub.
Qeyd edək ki, internetin 20 illik tarixində heç bir proqram bu qədər sürətlə inkişaf etməyib.
Aralarında Sam Altman və Elon Mask kimi mühüm adların da olduğu bir qrup sahibkar tərəfindən 2015-ci ildə qurulan OpenAI 2019-cu ildə Microsoft-dan 1 milyard dollarlıq əhəmiyyətli investisiya aldı. Artıq bu gün bu proqram Microsoft üçün ən faydalı kimi görünür. Hətta Microsoft-un axtarış tərəfində Google-u sıradan çıxaracağına inananlar var.
Ay Tac















