• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Məmurlara “TikTok” qadağan ediləcək

MULTİMEDİA

28 Fevral 2023 | 00:47 | Müəllif: Subhan Mahmudov

Məmurlara “TikTok” qadağan ediləcək

Kanada hökumət telefonlarında Çinin "TikTok" sosial şəbəkəsini qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, hökumət "TikTok"un məxfilik və təhlükəsizlik üçün "qəbuledilməz" risk səviyyəsinə malik olduğunu bəyan edib. 

Qeyd edək ki, bundan əvvəl ABŞ və Avropa Komissiyası da oxşar qərar qəbul edib. 

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, ABŞ kəşfiyyatı “TikTok”un ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hakimiyyəti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək bacarığına malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026