• Bakı 30° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

"TikTok" istifadəçilərə buna icazə verəcək

Multİmedia

19 Mart 2023 | 09:23

TikTok istifadəçilərə buna icazə verəcək

"Instagram", "TikTok", "Facebook" və bütün digər sosial media platformaları alqoritmləri ilə istifadəçilərini maraqlandıracaq məzmun təklif etməyi qarşısına məqsəd qoymuşdur.

Bakıvaxtı.az xəbər verir ki, ancaq bəzən tətbiqdən istifadə tərziniz və ya telefonunuzu dostunuza verdiyiniz 10 dəqiqəlik vaxt alqoritmi sözün əsl mənasında alt-üst edə bilər və yayımınız sizi maraqlandırmayan onlarla məzmunla doldurula bilər.

"TikTok" rəsmiləri isə bu problemə həll yolu tapmaq və istifadəçilərin hər dəfə yeni hesab açmasını əngəlləmək üçün "Yenilə" funksiyasını istifadəyə verib. Bu funksiya ilə istifadəçilər istədikləri zaman alqoritmlərini sıfırlaya biləcəklər.

İzlədiklərinizə və profilinizə bu sıfırlama təsir etməyəcək.

"Yenilə" adlı bu yeni funksiya sayəsində istifadəçilər "TikTok"un parametrlər bölməsinə daxil olaraq "Sizin üçün yenilə nişanı" seçimini etdikdən sonra alqoritmdə saxladıqları məlumatları sıfırlaya biləcəklər. Bununla belə, xatırladaq ki, bu funksiya yalnız "TikTok"da "Sizin üçün yenilə nişanı" bölməsini sıfırlayır və izlədiklərinizi, profilinizi və məzmun seçimlərinizi dəyişməyəcək.

Həmçinin, rəsmilər bildirirlər ki, bu sıfırlamadan sonra onu geri qaytara bilməyəcəksiniz.


SON XƏBƏRLƏR

16 Iyun 2024