• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

WhatsApp-ı kompüterində açanların NƏZƏRİNƏ

Multİmedia

27 Mart 2023 | 11:31

WhatsApp-ı kompüterində açanların NƏZƏRİNƏ

Whatsapp yenilikləri ilə istifadəçilərini yenidən təəccübləndirir. “Whatsapp Web”i internet brauzeri vasitəsilə açan istifadəçilərə aid yeni funksiya təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, Whatsapp bu yeniləməsi ilə Zoom-a rəqib olmağa hazırlaşır.

Səsli və videolu söhbətlərdə insan sayını yeniləyən Whatsapp korporativ şirkətlərin veb konfranslarında istifadə edilən bir tətbiqə çevrilmiş kimi görünür.

8 nəfərlə məhdudlaşan audio və video konfrans zəngi funksiyasını 32 nəfərə artıran Whatsapp “Whatsapp Web” istifadəçilərinə iş və digər məqsədli video konfranslar üçün imkanlar təqdim edəcək.

WhatsApp-ın kompüter brauzerlərində açılan platforması olan “Whatsapp Web”in səsli və görüntülü zəngləri insan sayı yenilənməsi ilə 32 nəfərə qədər artırıla bilər.

32 nəfərin eyni anda audio və video zəng etməsinə, onlayn görüş imkanı yaradacaq platformanın üstünlüyü quraşdırma tələb etməməsi olacaq. Bir neçə gün ərzində tətbiqi gözlənilən yeni yeniləmədən sonra qrup administratorlarının səlahiyyətləri də artırılacaq.

Yenilənmənin bir hissəsi olaraq Windows kompüterlərində quraşdırılan WhatsApp proqramı artıq yeni interfeys daşıyacaq. Yeni interfeyslə proqram smartfonlardakı Whatsapp tətbiqinə bənzəyəcək. Bu, video zəng funksiyasından istifadəni asanlaşdıracaq.

Bu şəkildə video zəng funksiyasından istifadə etmək daha asan olacaq.

Optimallaşdırılması artırılacaq yeni proqram təminatı ilə Whatsapp Windows əməliyyat sistemli kompüterlərdə daha sürətli açılacaq. Artan optimallaşdırma sayəsində video zənglər də daha səlis olacaq.

Ay Tac


SON XƏBƏRLƏR

26 Aprel 2024