• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“TikTok”a  görə bu ölkələr arasında münasibətlər gərginləşdi

Multİmedia

24 Mart 2023 | 11:06

“TikTok”a  görə bu ölkələr arasında münasibətlər gərginləşdi

Xəbər verdiyimiz kimi ABŞ administrasiyasının “TikTok” sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.  

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, Çin ABŞ-ın bu tələblərinə cavab verib.

Çin cavabında “TikTok”un istənilən məcburi satışına "qəti şəkildə qarşı çıxacağını" söyləyib.

Çinin Ticarət Nazirliyi cümə axşamı bildirib ki, TikTok-un məcburi satışı qlobal investorların ABŞ-a inamını “ciddi şəkildə zədələyəcək”.
“Əgər (məcburi satışla bağlı) xəbərlər doğrudursa, Çin buna qəti şəkildə qarşı çıxacaq” deyən nazirliyin sözçüsü Şu Jueting cümə axşamı Pekində keçirilən mətbuat konfransında bildirib ki, hər hansı potensial razılaşmanın Çin hökumətinin təsdiqinə ehtiyacı olacaq.

"TikTok”un satışı və ya əlindən alınması texnologiya ixracını nəzərdə tutur və inzibati lisenziyalaşdırma prosedurları Çin qanun və qaydalarına uyğun olaraq həyata keçirilməlidir" deyib.

Analitiklər və hüquq ekspertləri hesab edirlər ki, Pekin son nəticədə tətbiqi təslim etməkdənsə, “TikTok”un ABŞ bazarını tərk etməsinə üstünlük verə bilər. 

 İbRa


SON XƏBƏRLƏR

18 Aprel 2024