• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

"YouTube TV" də qiymətləri qaldırdı

Multİmedia

17 Mart 2023 | 19:19

YouTube TV də qiymətləri qaldırdı

"Google"a məxsus yayım xidməti olan "YouTube TV" abunəçilərinə yeni qiymət artımı tətbiq edəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "YouTube"da televiziya kanallarına və daha çoxuna baxmağa imkan verən platforma dünyanın bir çox ölkəsində populyardır.

"Google"un açıqlamasına görə, yeni abunəçilər üçün 8 dollar artım tətbiq edilib. Beləliklə, aylıq abunə qiyməti 73 dollara yüksəldilir.

Mövcud abunəçilər üçün aprelin 18-dək qiymət artımı tətbiq olunmayacaq.

"Google" "YouTube TV"də məzmun üçün lisenziya müqavilələrinin yeniləndiyini və ödənilən qonorarın məbləğinin artırıldığını bildirib. Artan xərcləri öz müştərilərinə əks etdirmək məcburiyyətində qaldıqlarını bildirən şirkət maraqlı bir şəkildə 4K Plus paketini ucuzlaşdırıb. Bu plagin ayda 20 dollardan 10 dollara azaldılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2024